main-post-cover

    Twitch istifadəçilərinə xoş xəbər

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Məşhur canlı yayım platforması olan Twitch-i yaxın zamanda böyük dəyişikliklər gözləyir.

    Yarandığı ilk gündən bəri sözügedən platforma əsasən videooyun barəsində canlı yayımlara öz diqqətini ayırmışdı. Lakin bu həftə TwitchIRL adlı yeni bölmə əlavə olundu. Bu bölmə sayəsində istifadəçilər artıq istədikləri mövzularda canlı yayım edə bilərlər. Beləliklə servis, YouTubeFacebook Live ilə rəqabətə girməyi düşünür. Bununla belə videolar həm canlı yayım rejimində həmdəki əvvəlcədən hazırlanmış vəziyyətdə sözügedən bölməyə əlavə edilə bilər. İstifadəçilərin, maraqlı tədbirləri və ya sadəcə öz həyat tərzlərini canlı yayım rejimində servisdə təqdim etmək üçün Twitch gələn il, mobil tətbiqi vasitəsilə canlı yayım funksiyasını aktiv edəcək. Bununla yanaşı smartfon və ya planşetlə edilmiş istənilən mövzulu canlı yayımlar IRL bölməsinə əlavə olunacaq. Hətta onlar videooyunlarla bağlı olsalar belə. Canlı yayımı birbaşa smartfonun və ya planşetin kamerasından etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər