main-post-cover

    "Twitch" təqdim edəcəyi yeniliklə "Youtube"a rəqib olmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çox xüsusiyyətləri ilə oxşarlıq təşkil edən "Twitch”, artıq tam mənasıyla "Youtube”a rəqib olmağa hazırlaşır. Beləki, "Twitch” öz video platformasını qurmağa hazırlaşır

    Şirkətin məhsul marketinq müdiri vəzifəsini icra edən Naoreen McInnisin rəsmi Twitch bloqlarının birində açıqlamasına əsasən "Twitch” artıq məzmun istehsalçılarına videolarını qalıcı olaraq yükləyə biləcəyi yeni bir platforma təqdim edəcək.

    Twitch və Youtube "Let's Play'' formalı video yayımları mövzusunda rəqabət aparmaqdadır. Hətta "Youtube”un sahibi olan "Google”, ilk vaxtlar "Twitch”in malik olduğu potensialı görüb onu almağa çalışmışdı. Amma "Twitch”, 970 milyon dollar"Amazon”un tərəfində yer almağı seçmişdi.
    "Google” oyun yayımı baxımından "Twitch”dən geri qalmasa da Twitch bu mövzuda daha irəlidə yer almağı bacarıb. Hətta bu baxımdan "Twitch”in bir çox Youtube istifadəçilərini öz tərəfinə çəkməsi asanlaşa bilər.
     
    Bunun səbəbi isə "Twitch”in video məzmun siyasəti mövzusunda istifadəçilərinə daha asan və qismən daha rahat bir sistem təqdim etməsidir. Xüsusilə müəllif hüquqları və reklam verməkdə daha asan yol təqdim edən Twitch bu mövzularda YouTube-u üstələyə bilər. Beləki, bu mövzularda Youtube istifadəçilərin videoları qadağa (ya da offline) edə bilir. "Twitch”də isə bu cür qatı qaydaların və kəskin həllərin olduğu deyilə bilməz.
    Hələki, "Twitch”in yeni video platforması beta versiyasındadır və müəyyən istifadəçi kütləsi üçün nəzərdə tutulub. Hal-hazırda isə istifadəçilər Twitch-in yeni versiyasında olan çatışmamazlıqları və olmasını istədikləri xüsusiyyətləri bildirirlər. Buna görə də Twitch demək olar ki, təkminləşdirmə mərhələsindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər