Twitter axtarış sisteminin bilmədiyiniz funksiyaları

236

Çoxlarının xəbəri olmasa da Twitter sosial şəbəkəsi daxili axtarış sisteminə sahibdir və bu sistem heçdə "Google”ın axtarış sistemindən geri qalmır. Müxtəlif axtarış əmrləri vasitəsilə tarixlərə, müəlliflərə, retweet sayına və s. görə tweet-ləri tapmaq mümkündür. Bu geniş axtarış funksiyalar əsasən sizin hansısa vacib bir tədbiri izlədiyiniz zaman lazımsız ismarıcların əlindən təngə gəlməmək üçün yaxşı vasitədir. Twitter axtarış sisteminin bütün imkanlarından faydalanmaq üçün sizlərə operatorlar siyahısını təqdim edirik.

From: operatoru

From: operatoru müəyyən istifadəçi tərəfindən paylaşılmış tweet-i tapmaqda yardımçı olur. Axtarış bölməsinə bu operatoru qeyd etdikdən sonra onun yanına sizi maraqlandıran şəxsin istifadəçi adını yazmaq lazımdır. Məsələn from:elonmusk sorğusu əsasında biz yalnız Elon Mask-ın öz səhifəsindən paylaşdığı tweet-ləri görəcəyik. Lakin Falcon from:elonmusk sorğusu nəticəsində biz Maks-ın o tweet-lərini əldə edəcəyik hansılarda ki, Falcon raketinin adı keçir.

To: operatoru

To: operatoru müəyyən şəxsə ünvanlanmış tweet-lərin əldə edilməsinə şərait yaradır. Məsələn to:elonmusk sorğusu Elon Mask-a ünvanlanmış bütün tweet-ləri göstərəcək. From:to: operatorlarının birgə işlədilməsi isə bir istifadəçinin digər istifadəçiyə ünvanladığı tweet-ləri görməyə imkan verir.

-Filter:links operatoru

-Filter:links operatoru axtarış nəticəsində linksiz twet-ləri tapmaqda yardımçı olur. Bu operatoru digərləri ilə birgə işlətmək olar. Məsələn from:elonmusk –filter:links yazdıqda Elon Mask-ın paylaşdığı linksiz tweet-lər ortaya çıxacaq. Bu operatorun işlədilməsi axtarış nəticəsində külli miqdarda tweet-lərin ortaya çıxmasının qarşısını alır.

Youtube.com min_faves:100 operatoru

Bu operator 100 like yığmış bütün YouTube videolarının linki olan tweet-ləri ortaya çıxardır. Təbii ki, 100-ün yerinə istənilən ədədi yazmaq mümkündür.

Near: within: operatorları

Birgə işlədilən bu operatorlar sizi maraqlandıran tweet-lərin haradan yazıldığını müəyyən etmək üçündür. Məsələn restaurants near:Baku within:3km yazdığınızda Bakı sakinləri tərəfindən 3 km-lik radiusda müxtəlif restoran adlarının işarəli olduğu tweet-lərə rast gəlmək olar.

Lang: operatoru

Lang: operatoru tweet-lərin dilinə görə filtrlənməsini təmin edir. Məsələn lang:en (English-in qısaldılmış forması) sorğusu nəticəsində yalnız ingilis dilində olan tweet-lər görünəcək.

Since:until: operatorları

Birgə işlənən bu operatorlar müəyyən vaxtda yazılmış tweet-lərin tapılmasına imkan verir. Məsələn biz bilirik ki, iPhone 7-nin təqdimatı 7 Sentyabr tarixində baş vermişdir. Əgər biz iPhone 7-nin təqdimatı zamanı istifadəçilərin smartfon haqqında Twitter-də nə yazdıqlarını görmək istəyiriksə sadəcə sorğu zamanı təqdimatın tarixini qeyd etmək kifayət edir. Düzgün axtarış nümunəsi bu cür olacaq: iPhone 7 since:2016-09-07 until:2016-09-07.

AND və OR operatorları

AND operatoru yalnzı sizi maraqlandıran sözlərin iştirak etdikləri tweet-ləri görməyə imkan verir. Məsələn iOS AND Android sorğusu nəticəsində yalnız bu iki sözün iştirak etdikləri tweet-lər ortaya çıxacaq. OR operatoru isə əksinə ya birinci sözün yada ki, ikinci sözün olduğu tweet-ləri ortaya çıxardır. Məsələn iOS OR Android sorğusu nəticəsində bu iki sözün hər biri olduğu tweet-lər deyil, yalnız iOS yada ki, Android sözü olan tweet-lər təqdim olunur.

Filter:images operatoru

Bu operator yalnız fotoların olduğu tweet-ləri tapır. Məsələn smartphones filter:images sorğusunu yazdıqda biz müxtəlif smartfonların fotolarının əks olunduğu tweet-ləri görəcəyik.

Filter:media operatoru

Bu operatorun iş prinsipi bundan əvvəlki operatora bənzəyir. Lakin bir fərq var ki, bu zaman nəinki fotoların, həmdə videoların olduğu tweet-lər ortaya çıxır.

Filter:native_video operatoru

Sözügedən operator bilavasitə Twitter-ə yüklənmiş videoları tapır.

Filter:news operatoru

Bu operator adi istifadəçilərin, deyil, yalnız xəbər səhifələrinin paylaşdığı xəbər və məqalələrin yer aldığı tweet-ləri ortaya çıxartmağa yardımçı olur.

Filter:safe operatoru

Bu operator zorakılığınnalayiq məzmunun olduğu tweet-lərə sərhəd qoyur. Bu operator əsasən yanınızda azyaşlı şəxsin olduğu zaman etməli olduğunuz axtarışlar üçün əla üsuldur.