Twitter-də insanlara mənəvi dəstək verən şəxsin hesabı məşhurlaşmaqda davam edir
Sosial Media
07.05.2017
Farid Pardashunas
Twitter-də Mickey McCauley adlı istifadəçinin hesabı, məşhurlaşmaqda davam edir.
Belə ki, o öz Twitter hesabında, digər istifadəçilərdən öz həyatlarına
qarşı olan şikayətlərini yazmalarını xahiş edib. Öz növbəsində isə o, şikayət
edən istifadəçilərə təsəlli verəcəkdi. "Bizim lənətə gəlmiş dünyamızda böyük
olmayan hadisələrə olan şikayətlər, kiçik və eqoistik görünə bilər. Lakin burda
yox dostum. Mənə öz kiçik problemlərindən danış” – deyə Mickey, tweet yazmışdı.
4 gün ərzində 1.8 min bəyənmə və 490 paylaşım qazanmış həmin tweet, bir sıra
istifadəçilərin diqqətini cəlb edib. Nəticədə istifadəçilər öz problemləri və
uğursuzluqları barədə Mickey-ə danışıblar. Bir çoxları kiçik hadisələr və yöndəmsiz
vəziyyətlər barəsində yazıblar. "Mənim pişiklərim mənə və evimə hörmət etmirlər”
– deyə istifadəçilərdən biri qeyd etmişdi. Digərləri isə rastlaşdıqları daha
vacib sosioloji problemlər haqqında yazmışdılar. "Rahat paltar geyinəndə yumru
qarnımın görünmədiyindən, ictimai nəqliyyatda mənə yer vermirlər” – deyə hamilə
qadın istifadəçi qeyd etmişdi. Öz tweetindən 3 gün sonra Mickey, etiraf edib
ki, o, bütün tweetlərə cavab verməkdə fiziki olaraq çətinliklər çəkir və
hamıdan üzr istəyir. "Dostlar, mən sizin tweetlərinizdən 49 saat geri qalıram.
Lakin mən hər bir insana cavab verməyə çalışıram. Gözlədiyiniz üçün üzrlü
sayın. Bu çox dəlisov ideyadır” – deyə Mickey bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək