Twitter-ə yeni xüsusiyyətlər gələcək
Sosial Media
07.05.2017
Farid Pardashunas
Dünyanın ən böyük mikro bloging saytlarından olan Twitter üçün çox vacib bir yenilik gələ bilər.
Twitter dünyanın ən çox istifadə olunan
mikro bloging saytlarından biridir. Hər gün bu şəbəkə vasitəsilə milyonlarca
paylaşım edilir. Ancaq Twitter sistemində postlarla bağlı mənfi bir hal mövcuddur.
Belə ki, əgər atılan postlar xətalı yazılıbsa düzəltmək olmur. Buna görə də
istifadəçi səhvə yol veribsə onu silib yenidən yazmalıdır.
Twitter bir çox sosial media vasitələri ilə
müqayisədə bu baxımdan geridə qalıb. Məsələn, Facebook və Instagram kimi sosial
media vasitələri bu mövzuda daha sərfəli hesab olunur.
Bu problem istifadəçiləri artıq
uzun müddətdir narahat etməkdədir.
Bu problem barədə açıqlama verən Twitter CEO-su Jack Dorsey bu mövzunun o qədər də asan həll olmadığını bildirib. Jack bu
problemin zamanla həll olunacağını bildirib. Həmçinin Twitter CEO-su bu
yeniliyin ilk əvvəl müəyyən istifadəçilər arasında sınaqdan keçiriləcəyini
bildirib. Yenilik sınaqdan keçdikdən sonra ümumi istifadəyə veriləcək.
Twitter-də digər bir problemli tərəf isə
onun digər sosial media vasitələri ilə inteqrasiya oluna bilməməsidir. Bu
problemin də həll olunması sosial media şəbəkəsinin inkişafına stimul verə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)