main-post-cover

    Twitter iki əsaslı yenilik alacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Twitter iki böyük yeniliyə hazırlaşır 

    Sosial mediyanın simvol limitli servisi olan Twitter, ötən günlərdə ortalığa çıxan fikirləri reallığa çevirdi. Ümumi olaraq standart tweetlərə 140 simvol limiti qoyan və bu limitə digər ünsürləri də daxil edən sosial media nəhəngi, bundan sonra foto və linkləri (video, GIF və ya anket) 140 simvoldan saymayacaq. Beləliklə, 23 simvolluq qənaət olacaq. Bundan başqa mention etdikdə belə həmin simvollar ümumi simvol sayında daxil olmayacaq.
    Digər yenilik isə sosial şəbəkənin görünüşü ilə bağlıdır. Belə ki, Twitter, eyni zamanda Android proqramına yeni gecə rejimini əlavə etməyə hazırlaşır. Hələlik sadəcə kiçik kütlə üçün alpha testi verən gecə rejimi, adından da göründüyü kimi Twitter'ın interfeysii xüsusi olaraq istifadəçilər üçün qaranlıq edir. Beləliklə, zəif işıqlı mühitdə proqramdan daha rahat istifadə edə bilərsiniz. Önəmli detal olaraq adlandırılan gecə / gündüz rejim dəyişimlərini avtomatik reallaşdırdığı deyilən Android üçün Twitter, uzun zamandır tələb olunan bu xüsusiyyəti istifadəçilərə ən yaxşı şəkildə təqdim etməyə hazırlaşır.

    Linki kopyala