"Twitter"i məhkəməyə verdilər

158

"Twitter”-n səhmdarlarından biri olan Doris Şenvik şirkəti məhkəməyə verib.

Səbəb isə şirkətin sosial şəbəkənin auditoriyasının artırılması haqqında öhdəliyinin yerinə yetirilməməsi olub. Doris-in bildirdiyinə görə 2014-cü ilin Noyabr ayında şirkətin böyümə perspektivləri haqqında məlumatlar verilərək investorlar aldadılıb. Hələ onda sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayının 550 milyona qədər artırılması söz verilmişdi. Bu göstərici hal-hazırki perspektivlər üçün idi. Gələcək perspektivlər üçün isə 1 milyard göstərici planlaşdırılırdı. İttihamda qeyd olunub ki, şirkətin bu cür sözlər verməsində heç bir ciddi əsaslar olmayıb. 30 İyun tarəki göstəricilərə əsasən sosial şəbəkə aylıq 313 milyon aktiv istifadəçiyə sahib olub. "Twitter” öz auditoriyasını saxlamaqda ciddi səylər göstərir. Belə ki, istifadəçilər InstagramSnapchat kimi platformalara keçid edirlər.