drzeka zeka kartları

Uber, 2016-cı ili 5.5 milyard dollar gəlirlə bağlayacaq

08.05.2017 0 PAYLAŞIM 5414 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Birjaya çıxmamış texnologiya startapları arasında ən yüksək dəyərləndirməyə sahib olan Uber, dünyanın ən böyük və sürətli unicorn startapı olmaq ünvanını 2016-cı ildə də qorudu. Bu il təxminən 5 milyard dollar investisiya alaraq dəyərləndirməsini69 milyarda çıxardan Uber, aldığı bu vəsaiti sürətlə itirməyə də davam etdi.

Uberin illik zərəri 3 milyard dolları keçəcək.

Bir müddətdir özü üçün böyük ümidlər vəd edən Çin bazarı üçün digər startaplarla mübarizə aparan Uber üçün 2016-cı ildəki uğursuz anlardan biri də, şübhəsiz ki bu mübarizələrdən geri çəkildiyi an oldu. Bu ilin Avqust ayında Çin əməliyyatlarını ən yaxın rəqibi Didi Chuxing-ə satan Uber, beləliklə Çin bazarından çıxmış oldu. Uberin Çində fəaliyyət göstərdiyi müddətdə daxil olmaqla, ilin ilk 9 ayında zərərinin 2.2 milyard dollara çatdığı təxmin edilir. Bloombergin verdiyi xəbərə görə, Uberin ilin son rübündəki zərərinin 800 milyon dollardan artıq olması gözlənilir. Uberin keçdiyimiz il etdiyi zərərin 2 milyard dollar olduğu təxmin edilirdi.

Uberin zərərləri ilə birlikdə gəlirləri də artmağa davam edir. Beləki, Uberin sürüşlərdənəldə etdiyi gəlirlərdən ilin ilk 9 ayında 3,76 milyard dollar qazandığı bilinir. İlin sonuna qədər ümumi sürüşlərdən 5.5 milyard gəlir qazanacağı düşünülən şirkətin 2016-cı ilin birinci rübündə 960 milyon dollar, ikinci rübündə 1.1 milyard dollar və üçüncü rübündə 1,7 milyard dollara çatdığı düşünülür. Dediyimiz kimi yuxarıda qeyd etdiyimiz rəqəmlər Uberin sürüşlərdən əldə etdiyi gəlirlərin təxmini miqdarlarıdır.

Uberin ən böyük bazarı ABŞ-da zərər etməyə davam etdiyi və zərərin 2016-cı ilin ikinci rübündə 100 milyon dollara çatdığı bildirilir. Üçüncü rübdə isə zərərin artaraq 100 milyon dolları keçdiyi qeyd edilir. Müqayisə aparmaq istəsəniz, 30 milyard dollar dəyərləndirməsi ilə dünyanın beşinci ən böyük unicorn startapı olan AirBNB-nin, keçdiyimiz iyul ayında gəlirlərini bir əvvəlki ilin müvafiq dövrünə görə 89% artdığı təxmin edilir. Buna görə AirBNB 2016-cı ili təxminən 2 milyard dollar gəlirlə bağlayır. AirBNB üzərindən edilən rezervasiyaların bu ilki dəyərinin isə 12 milyard dolları keçdiyi bilinir.