Uber taksi xidmətinə yeni xüsusiyyətlər əlavə olundu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Uber taksi xidməti yeniləndi. Artıq taksi istifadəsi daha əyləncəli olacaq.
Bir müddət əvvəl xoşagəlməz hal yaşayan
Uber, öz xidmət strukturunu inkişaf etdirmək qərarına gəlib. Keçən ay artıq
sosial media vasitəsilə daha irəli gedəcəyi bildirilən Uber, taksi xidmətinə 2
yenilik əlavə etdi. Bu yeniliklər Snapchat filtrləri və şəxsin istiqamətinin
təyinidir.
Bu yeniliklər ətrafınızdakı insanları daha asanlıqla izləməyinizə şərait yaradacaq
Getmək istədiyiniz yerə yola düşdükdə
çalışan filtrləri istifadə etməyə başlasanız, onda tətbiq sizi birbaşa
Snapchat-a yönləndirir. Beləliklə, Uber taksisindən istifadə zamanı təqdim
olunan xüsusi filtrlərdən istifadə edərək yeni hekayələr qura bilərsiniz.
Uber-lə bir yerə getmək istədikdə ünvanı yazmalısınız. Amma tətbiqə əlavə
olunan yeni xüsusiyyət sayəsində yanına getmək istədiyiniz şəxs varsa, onda
onun ünvanı haqda asanlıqla məlumat alırsınız.
Bunun üçün Uber ilə telefonunuzda yer alan
kontaktları sinxronizə etmək və ana ekranda yer alan "Haraya?” bölümünə, yanına
getmək istədiyiniz şəxsin adını yazmaq kifayətdir. Bu halda dostunuz və ya
tanışınıza bildiriş gedir və o, öz yerini təstiqləsə, sürücü sizi ora aparır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək