"Uber" gizli şəkildə iOS istifadəçilərini izləyib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Uber tətbiqi hətta mobil cihazdan pozulandan sonra belə, istifadəçiləri izləyirmiş.
"Apple”, "Uber”i, konfidensiallıq qaydalarının pozulmasında
günahlandırıb və onun tətbiqinin App Store-dan pozulması ilə hədələyib. Məlumata
əsasən iOS-də Uber tətbiqini pozan zaman, tətbiq mobil cihazda gizli vasitə
qoyurdu. Həmin vasitə ilə iOS istifadəçiləri hətta tətbiqi pozduqlarından sonra
da izlənilirdilər. Bu halda "Uber”, fingerprinting-dən (mobil cihazın əməliyyat
sistemi haqqında məlumatın əldə edilməsi üçün üsul) istifadə edib. Tətbiq özündən
sonra böyük olmayan gizli iz buraxırdı. Beləliklə "Uber” hətta tətbiqin silinməsindən
sonra da iOS istifadəçilərini izləyə bilirdi. Bu isə öz növbəsində App Store
qaydalarının pozulması deməkdir. Buna baxmayaraq həmin qayda pozuntusunu "Apple”dan
gizlətmək üçün "Uber” çox maraqlı üsula əl atmışdır. Belə ki, məşhur taksi xidməti,
"Apple”ın Kupertinodakı baş ofisində çalışan şəxslər barədə məlumatları yığmırdı.
Bunun üçün isə "Uber” baş ofis binasının ətraf ərazisinə sərhəd qoymuşdu. Buna
baxmayaraq bu qayda pozuntusunu çox sadə şəkildə aşkar etmək mümkün olub.
Belə ki, "Apple” işçilərindən biri tətbiqdən, baş ofisdə
olmayan zaman istifadə edib və həmin qayda pozuntusunu aşkar edib. BeləlikləTim Cook, "Uber”in CEO-su Travis Kalanick-i bu məsələ ilə bağlı məsələni həll
etmək üçün öz ofisinə dəvət edib. "Öyrəndiyim kimi siz bizim bəzi qaydalarımızı
pozursunuz” – deyə Tim Cook həmin görüşdə öz söhbətinə başlamışdı. O, iOS
istifadəçilərinin izlənməsinin dayandırılmasını Travis-dən tələb edib və Uber tətbiqinin
App Store-dan pozulması ilə onu hədələyib. Bu hadisə 2015-ci ilin əvvəlində baş
verib. Lakin məlumatlar nədənsə indi yayılmağa başlayıb. Həmin hadisədən sonra "Uber”,
fingerprinting funksiyasından istifadəni dayandırdı. "Uber” isə öz növbəsində
bildirmişdi ki, o, fingerprinting-dən hələ 2014-cü ilin sonundan istifadə edib.
Taksi sürücüləri, oğurlanmış iPhone-ları alıb onlara Uber tətbiqlərini yazaraq əlavə
qazanc əldə edirdilər. "Uber” isə fingerprinting ilə bunun qarşısını almağa
çalışırdı. Bunun yalan və ya doğru olduğunu isə yalnız "Uber” əməkdaşları
bilirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)