main-post-cover

    Uber-in ən böyük rəqibi beynəlxalq bazara çıxır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın ikinci ən böyük taksi servisi olan Lyft, beynəlxalq bazarda Uber ilə rəqabətə girməyə hazırlaşır.

    Məlumata əsasən Lyft-in beynəlxalq bazara çıxmaq arzusu var. Bunun bu il baş verəcəyi qeyd edilir. Servisin təmsilçiləri sözügedən məlumata fikir bildirməkdən imtina ediblər. Hal-hazırda Lyft, ABŞ-dan kənarda Uber ilə yalnız yerli tərəfdaşlar vasitəsilə rəqabət aparır. Keçən ilin Dekabr ayında servis, Didi Chuxing (Çin), Ola (Hndistan) və GrabTaxi (Cənub-şərqi Asiya) taksi servisləri ilə əməkdaşlıq bağlayıb. Sözügedən tərəfdaşlığın məğzi ondan ibarətdr ki, Didi stifadəçiləri, Lyft tətbiqi olmadan belə ABŞ-da sözügedən taksi servisinin taksilərini sifariş edə bilərlər. "Technote.az”ın "CNBC”ə istinadən verdiyi xəbərə əsasən bu qayda həmçinin Ola və GrabTaxi istifadəçiləri üçün də keçərlidir.
    Lyft təmsilçiləri bldiriblər ki, beynəlxalq tərəfdaşlar sayəsində onlar, servis təqdimatını daha fərqli şəkildə etmək istəyirlər. Gələn həftədən başlayaraq Asiya ölkələrindən olan istifadəçilər ABŞ-da taksi sifariş etmək üçün Lyft tətbiqini yükləməli olacaqlar. Məlumata əsasən bu dəyişiklik vaitəsilə səyahətçilər, tətbiqin əlavə funksiyalarından istifadə edə və taksi sifarişi prosesini sürətlə həyata keçirə bləcəklər. Görünür Asiyalı tərəfdaşlar ilə bu dəyişiklik Lyft-ə beynəlxalq bazara öz adı ilə çıxmaq üçün lazımdır. Hələki servis öz adı ilə yalnız ABŞ-da fəaliyyət göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər