main-post-cover

    Uber-in rəqibi olan Taxify Azərbaycan bazarına daxil olur

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Avropanın məşhur taxi xidmətlərindən biri olan - TaxifyBakıya Uber'lə rəqabət aparmağa gəlir. Taxify, Estoniya şirəti olmaqla, "Skype”"Transferwise” kimi şirkətlərin bəzi işçiləri tərəfindən yaradılıb. Son zamanlar yayılan məlumatlara əsasən sözügedən taxi xidmətinin Azərbaycan bazarına daxil olacağını bildirmişdik və artıq Taxify-ın bazarımıza daxil olacağı xəbəri dəqiq məlumdur. İlk dəfə 2013-cü ildə Estoniyada fəaliyyətə başlamış "Taxify", 17 ölkədə uğurla fəaliyyət göstərir və daxil olduğu bazarlarda rəqabətə davam gətirərək, ən çox sevilən taksi xidməti olmağı bacarır.
    Taxify rəsmiləri fevral ayının ortalarından öz servislərini Bakıda da işə salacaqlarını bəyan edib. Hazırda isə sürücələrin qəbulu prossesi gedir. Taxify Azərbaycan'ın əməliyyatlar üzrə idarəçisi Naim Əzizov qeyd edir ki, mobil tətbiq sürücülərlə, sürətli və rahat xidmət axtaran insanları birləşdirir. Həmçinin bu Taxify xidmətini digər taxi xidmətlərindən fərqləndirən əsas cəhət sürücülərə fokuslanmasıdır. Taxify, son zamanlarda minlərlə sürücüyə iş imkanı verməklə Avropa və Afrikanın böyük taxi xidmətlərindən birinə çevrilib. Naim Əzizovun sözlərinə görə keyfiyyət standartları ən ali məqsədləridir və onlar yalnız məhkumluğu olmayan, ciddi qəzalara səbəb olmamış, sığortası olan və ən az bu sahədə 2 illik iş təcrübəsinə malik, maşını saz vəziyyətdə olan sürücüləri qəbul edirlər. Rəqiblərindən fərqli olaraq sürücülərdən alacağı kiçik komissiya ilə Taxify, sürücülərə və sərnişinlərə olduqca sərfəli qiymət təklif edir.
    "Android” və "iOS” mobil əməliyyat sistemləri üçün mobil tətbiqi mövcud olan Taxify, sürücülərdən aldığı kiçik faizlər və keyfiyyətli xidməti ilə digər şirkətlərdən bir addım önə çıxır. Daxil olduğu bazarlarda sərnişinlərin minimum xidmət haqqı ilə istədikləri nöqtəyə çatdırmağı hədəfləyən Taxify, Azərbaycan üçün də sərnişinlərin minimal ödəniş qarşılığında daşınmasını qarşısına məqsəd olaraq qoyub. Müştərilər taksi sifariş verərkən, taksinin çatma vaxtı, səyahətin qiyməti ilə tanış olub, sifariş verə bilərlər. Sifariş verildikdən sonra tətbiqdə yerləşən xəritədə canlı olaraq taksinin vəziyyətini izləyə və tətbiq vasitəsilə xidmətin ödənişini reallaşdıra bilərlər.
     
    Taxify bir neçə ödəniş üsulu da təklif edir; nəğd, tətbiqetmə daxili (kredit kartı), biznes və hətta bəzi bazarlar üçün telekom ödəmə üsulu. Şirkətin yerli əməliyyatlar üzrə idarəçisi Naim Əzimov, bazarda rəqabətin güclü olduğunu və Taxify-ın bu bazara daxil olmaqla, mövcud rəqabət şəraitini daha da gucləndirəcəyini bildirib. Eyni zamanda bazarda rəqabətin olması xidmət və keyfiyyətə müsbət şəkildə təsir edəcəyini sözlərinə əlavə edib.
    2013-cü ildə Estoniyada yaradılan şirkət- Estoniya, Latviya, Litva, Finlandiya, Ukrayna, Çexiya, Polşa, Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Gürcüstan, Meksika, Cənubi Afrika, Keniya, Nigeriya və Mexiko da fəaliyyət göstərir. Şirkət hal hazırda daha çox şəhər və ölkələrdə xidməti aktiv etmək üzərində işlər aparır. Əlavə olaraq qeyd edək ki, Taxify, "Skype”, "Pipedrive”, "Adcash”, "Rubylight”, "TMT Investments” və digər beynəlxalq təşkilatlardan 1.5 milyon dollar dəyərində investisiya alıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər