main-post-cover

    Uber, İtaliyada qadağan olundu. Səbəb nədədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xoşagəlməz hadisələr Uberi izləməkdə davam edir.

    Bugün Roma şəhərinin məhkəməsi, yerli taksilərin qarşılaşdıqları "insafsız rəqabətin” ucbatından Uber servisini qadağan edib. Beləliklə Uber, İtaliyadakı bütün əməliyyatlarını və reklamlarını 10 gün ərzində dayandırmalıdır. 10 gün bitəndən sonra əgər Uber öz fəaliyyətini davam etdirərsə, onda onu hər gün üçün 10.600$ cərimə gözləyir. Uber-in dəyərinin 70 milyard dollar olmasının fonunda sözügedən cərimənin şirkət üçün heç bir məna kəsb etməyinə baxmayaraq servis gəlirli olmadı və 2016-cı ildə bir neçə milyard dollar vəsait itirdi. Uber-in qarşılaşdığı bu cür vəziyyət əslində bir taksi servisi üçün normaldır. Lakin indiyənə kimi məsələ tamamilə qadağan olunma həddinə gəlib çatmamışdı. Bundan əvvəl İngiltərə, Fransa və bir çox digər ölkələrin də taksi sürücüləri, Uber-ə qarşı narazılıqlarını bildirmişdilər. Uber isə öz növbəsində Roma məhkəməsinin bu qərarından narazı olduğunu və təbii ki, məsələni appelyasiyaya verəcəyini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər