main-post-cover

    Uber, müştərilərini aldadır mı?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Uber ciddi bir hadisə ilə gündəmə gəldi. İddia edilən xəbərə görə Uber, minlərlə müştərisini və sürücüsünü aldadır. Bəs görəsən məsələ əslində necədir? Uber bizləri aldadırmı?

    Uber son vaxtlarda mübahisələr ilə gündəmə gəlməyə davam edir. Ars Technica adlı portal tərəfindən ortaya atılan iddiaya görə Uber, "inkişaf etmiş” bir proqram təminatı ilə sürücüləri və müştəriləri aldadaraq, fırıldaqçılıq edir.
    İddiaya görə Uberin hazırlamış olduğu tətbiq ilə müştəriyə, sürücüyə göstəriləndən daha uzun məsafə göstərilir. Beləcə müştəri gedəcəyi yerə çatdığı zaman normal getdiyi yolun qiyməti əvəzinə, çox ödəniş etmiş olur.
    Daha sonra müştəridən ödəniş alındığı vaxt isə sürücüyə normal məsafənin pulundan qazancı verilir. Beləliklə müştərinin hesabından çox ödəniş çıxan lakin sürücüyə daha az ödəniş edən Uber, bu iddia təsdiqlənərsə çox böyük problemlərlə rastlaşacaq.

    Əgər iddia edilən fırıldaqçılıq hadisəsi doğrudursa, Uber çox ciddi bir problem ilə üzləşə bilər. Ölkəmizdə də xidmət göstərən və minlərlə istifadəçisi olan Uber, belə bir problem ilə etibarını böyük ölçüdə zədələyəcək.
    Bu problemin bilərəkdən yoxsa tətbiqin bir səhvi ucbatından meydana gəldiyi haqqında heç bir fikrimiz yoxdur. Lakin qarşıdakı günlərdə Uber rəhbərliyinin bu mövzu haqqında açıqlama edəcəkləri gözlənilir.
    Linki kopyala