main-post-cover

    "Uber"in hava taksiləri gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Taksi xidmətinin sifarişi, ödəməsi və eləcə də özəl sürücülərin tapılmasında yardımçı olan eyniadlı mobil tətbiqi yaratmış "Uber” şirkəti digər maraqlı layihələr haqqında düşünür.

    Yaxın günlərdə şirkətin işçisi olan Ceff Holden bildirib ki, şirkət hansısa uçan nəqliyyat üzərində işlər görür. Həmin nəqliyyat növü səmada təyyarə kimi hərəkət edə və vertolyot kimi şaqulu enişlər edə biləcək. "Technote.az"ın "Hi-news.ru"a istinadən verdiyi xəbərə əsasən şirkətin hava nəqliyyatı, böyük olmayan uçuşlar üçün nəzərdə tutulacaq. "Uçuşlar göz qabağında olan bir faktordur. Buna görə də sərnişinlərin bu vasitə ilə daşınmasına fikir verməmək ağılsızlıq olardı” – deyə Ceff bildirib. Onun proqnozlarına əsasən "Uber”in hava taksiləri artıq önümüzdəki illər ərzində istifadəyə verilə bilər. Söhbət artıq mövcud olan uçuş aparatlarından getdikdə isə qeyd etmək lazımdır ki, onların bir çox mənfi xüsusiyyətləri vardır. "Uber”in növbəti bir neçə il ərzində hava taksilərini istifadəyə verməsi ehtimalı yüksəkdir. Əsas olan ideyanı yüksək dəqiqliklə icra etmək və onu keyfiyyətli səviyyəyə çatdırmaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər