main-post-cover

    "Ubisoft", Assassin\'s Creed III oyununu pulsuz paylayacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas

    2012-ci ildə satışa çıxmış Assassin’s Creed III oyunu "Ubisoft” şirkətinin ən tez satılan oyunlarından biri olmuşdur.

    7 Dekabr tarixində şirkətin 30 illiyi münasibətilə "Ubisoft”, Assassin’s Creed III oyununu bütün PC istifadəçilərinə pulsuz paylayacaq. Bunun üçün sadəcə olaraq Uplay hesabı olmalıdır və şirkətin saytından lazımi təlimatlardan keçmək lazımdır. Hal-hazırda istifadəçilər Far Cry: Blood Dragons oyununu pulsuz əldə edə bilərlər. Bundan daha əvvəl şirkət öz 30 illiyi münasibətilə istifadəçilərə The Crew, Prince of Persia: The Sands of Time, Splinter Cell və digər oyunları pulsuz paylamışdı.
    Linki kopyala