main-post-cover

    Uinston Çörçill-in, vaxtı ikən yadplanetlilər haqqında yazdığı məqaləsi dərc olunub

    07.05.2017
    Farid Pardashunas

    1939-cu ildə Uinston Çörçill, yadplanetli həyat və onun varolma ehtimalları barədə məqalə yazmışdı.

    Lakin həmin məqalə dərc olunmamışdı. Uzun müddət, məqalə itirilmiş hesab olunurdu. Lakin keçən ilÇörçill Muzeyinin direktoru, məqaləni tapmışdı. Ümumilikdə Çörçill-in fikirləri günümüzdə olan bir çox ksenobioloqların fikirləri ilə üst-üstə düşür. O da, kainatın sonsuz ölçülərini nəzərə alaraq insanların yeganə canlı varlıq olmadıqlarını düşünürdü. O həmçinin əmin idi ki, mürəkkəb çoxhüceyrəli həyatın yaranması üçün su və düzgün temperatur diapazonu şərtləri çox vacibdir. Bundan əlavə olaraq o, məqaləsində, planetin atmosferini saxlaya biləcək güclü qravitasiya qüvvəsini də qeyd etmişdi. Çörçill hesab edirdi ki, MarsdaVenerada həyat nə vaxtsa olub və ya ola bilər. Həmçinin o, ekzoplanetlərin kəşfini də öncədən bildirmişdi. Öz məqaləsində Çörçill əlavə olaraq qeyd etmişdi ki, bizim sivilizasiyanın uğurlarından narazı olduğu üçün insanların, kainatın ən üst pilləsi olmaları fikri ilə razı deyil. Məlumata əsasən Çörçill, sözügedən məqaləni 1939-cu ildə yazıb. Daha sonra 1950-ci ildə o öz məqaləsinə geri qayıdıb. Lakin hansısa səbəblərə görə məqalə dərc olunmamışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər