"Universitetdən Karyera İmkanlarına" - iş tapmaq və karyera qurmaq istəyi olan hərkəs üçün təlim

183
İş tapmaq və uzun karyera yolunu asanlıqla addımlamaq bir çox insanın əldə etməyi arzuladığı bir şeydir və bunun üçün müxtəlif vasitələrə əl atırlar. Üstəlik əgər bu şəxs tələbədirsə iş tapmaq və təcrübə əldə etmək şansı çox aşağıdır. Əsas səbəb isə təhsil barədə kifayət qədər maariflənən tələbələr mövcud olsa da bir çox tələbə iş və karyera imkanları barədə məlumatsızdır. Universitet illərində pul qazanmaq üçün part-time və ya freelance olaraq işlər tapmaq və həm dərsi həm işi eyni vaxtda idarə etmək istəyən minlərlə tələbə var, lakin bunu necə etmək olar?
Beləki, MM-BridgePlus Group şirkətinin təşkilatçılığı və Azərbaycanda ilk şəxsi inkişaf saytı innovasiya.com-un qurucusu Fərid Məhərrəmlinin təqdimatında keçiriləcək "Universitetdən Karyera İmkanlarına" adlı təlimdə bu mövzu haqqında geniş və maraqlı məlumatlar əldə edə bilərsiniz. 25 Noyabr tarixində İqtisad Universitetinin 4 saylı korpusunda keçiriləcək bu ödənişsiz təlimin mövzuları isə aşağıdakılardır: 
-Sosiallaşma və şəbəkləşmə sistemi
-Universitet illərində partime və freelancer çalışmaq imkanları
-Xaricdə könüllük və iş imkanı yaxalamaq
-4 illik Taktik planlama
-Könüllükdən Biznese keçid körpüsü
-Əlavə ixtisas edinmək imkanı
-SMART karyera sistemləşdirməsi
Technote.az olaraq informasiya dəstəkçisi olduğumuz bu təlimdə iştirak edən hərkəsə Sertifikat da veriləcəkdir. 
 
Təlimin keçiriləcəyi ünvan: İqtisad Universiteti 4 saylı korpusu.
Əlaqə nömrəsi : +994 55 208 65 42
Təlimdə iştirak etmək üçün qeydiyyat linki