main-post-cover

    Uşaqlığımızın Cizgi Film qəhrəmanları öz TV kanallarında yenidən bizləri əyləndirəcəklər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Looney Tunes və Hanna Barbera studiolarının dadı hələ də damağımızda olan cizgi filmləri bütün seriyaları ilə internetdən izlənə bilinəcək.

    Bugs Bunny, Scooby-Doo, Tom & Jerry, Jetgillər və Çaxmaqdaşlar... Hətta uşaqlığımızdan tanıdığımız 5000-dən artıq cizgi filmi öz frekansına sahib bir kanalda, internet üzərindən artıq tamamilə qanuni formada izlənilə bilinəcək.
    Qəbul edək ki, uşaqlığımızın ən rəngli xatirələrindən özlərinə xüsusi bir yer tapan bu cizgi filmlərdən çox şey öyrənmişik. Hətta bir çoxumuz artıq valideyn belə oldu və müasir cizgi filmlərin uşağına uyğun olmadığını düşünür. İnternetdən əlbəttə hissə-hissə tapa biləcəyi Looney Tunes cizgi filmlərini izlətmək bəzən həll ola bilir.
    Zamanla Looney Tunes (Biz onları Sevimli Qəhrəmanlar olaraq tanıyırdıq), Tom & Jerry və Scooby Doo-nun yeni seriyaları da "Boomerang” adı verilən bu sistemə əlavə ediləcək. Cizgi filmlərin studioları Hanna Barbera və Time Warner layihəni artıq bitirmək üzrədirlər. Beləki olduqca zəngin bir arxiv içərisindəki sevilən bir çox cizgi filmin bütün seriyaları yer alacaq.

    Bu mükəmməl layihə Android və iOS cihazlara gələcək Boomerang tətbiqi üzərindən yay aylarında fəaliyyətə başlayacaq. Bir müddət sonra Apple TV və Amazon-un cihazlarına da gələcək olan kanal ayda 5$, ildə 39$ kimi bir ödənişlə abunəliklə də satılacaq.
    Linki kopyala