main-post-cover

    Uşaqlığımızın oyunu, Crash Bandicoot əfsanəsi geri qayıdır!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    PlayStation-ın ən vacib platforma oyunlarından biri olan və ardından başqa platformalar üçün də satışa çıxarılan Crash Bandicoot seriyası, PlayStation 4 ilə yenidən pərəstişkarlarıyla görüşəcək.

    Naughty Dog tərəfindən hazırlanan oyun, Crash Bandicoot N.Sane Trilogy adı altında yalnızPlayStation 4 üçün bazara satışa çıxacaq. Bu xəbəri təsdiqləyən açıqlama isə PlayStation İrlandiya tərəfindən Twitter hesabları üzərindən edildi.

    Crash Bandicoot nədir?

    Crash Bandicoot orijinal olaraq PlayStation One yəni ilk PlayStation üçün bazara satışa çıxarılan bir platforma oyundur. O dövrlərdə olduqca populyar olan platforma oyunları arasında özünə tez bir zamanda yer əldə edən və ardından da illər içində bir çox platformalarda tam olaraq 18 dəfə qarşımıza çıxmışdır.
    Naughty Dog-un ilk video oyun layihəsi olan Crash Bandicoot, bu səfər də PlayStation 4 üçün satışa çıxacaq və hələlik yalnız bu konsola xüsusi olacaq kimi görsənir.
    Crash Bandicoot N.Sane Trilogy, 30 iyuntarixində bazara satışa çıxacaq.
    Linki kopyala