Üzərində Donald Trumpın şəklinin yer aldığı qızıl örtüklü iPhone-lar satışa çıxdı

285

Artıq Donald Trump da iPhone-ların üzərində yer alacaq. Belə bir iPhone-a sahib olmaq üçün sadəcə 3082$ ödəməlisiniz.

Bir müddət əvvəl firma qızıl örtüklə örtülmüş və üzərində Vladimir Putinin yer aldığı iPhone-lar satışa çıxarmışdı. İndi isə bu trend Donald Trumpla davam edir. İnsanlar arasında keçirilən səsvermədə Trumpın üstünlük təşkil etməsi firmanın belə addım atmasına şərait yaradıb. Təbii ki, burda Trumpın prezident seçilməsi faktorunu da göz ardı etmək olmaz. Belə ki, firmanın yeni dizaynlı telefonlarının örtüyündə Donald Trumpın şəkli və "Make America Great Again” yəni "Amerikanı yenidən möhtəşəm et” devizi yer alıb.


Ağıllı telefon istehsalçısı olan Cavier adlı şirkət Donald Trump iPhone-larını internet üzərindən 3082$-a satışa çıxardı. Firma Donald Trumpın bu modeli istifadə edərsə sevinəcəyini bildirib.