Valideynlərin, mənalarını anlamadıqları 10 peşə növü

304

Çox valideynlər öz övladlarının işdə nə ilə məşğul olduqlarını bilmirlər. Lakin bunu öyrənmək istəyirlər.

2016-cı ildə bütün dünya üzrə LinkedIn tərəfindən aparılmış sorğu onu göstərdi ki, sorğunun aparıldığı 16529 ailədə valideynlərin 2/3 hissəsi övladlarının nə ilə məşğul olduğunu bilmir. Bu boşluğu doldurmaq üçün "Business Insider” nəşriyyatı anlaşılması çətin olan 10 peşənin siyahısını təqdim edib.

Auditor

Peşəni anlamayan valideynlərin faizi: 51%

Bu insanlar maliyyə hesabatlarını tərtib edir və yoxlayırlar.

Proqram təminatı developeri

Peşəni anlamayan valideynlərin faizi: 58%

Onların öhdəliklərinə adi insanların gündəlik istifadə etdikləri texnologiyaların yaradılması və təkmilləşdirilməsi daxildir. Bura smartfonlar üçün nəzərdə tutulmuş tətbiqlərdən tutmuş kompüterlər üçün proqram təminatı daxildir.

İnvestisiya bankiri

Peşəni anlamayan valideynlərin faizi: 59%

Bu mütəxəssislər pulu olan insanlar ilə pul axtaran insanlar arasında əlaqə qururlar. Onlar həmçinin şirkətlərə istiqrazların, səhmlərin buraxılmasında və digər şirkətləri əldə etmələrində yardımçı olurlar.

Sosioloq

Peşəni anlamayan valideynlərin faizi: 60%

Sosioloqlar insanların davranışlarını və baxış bucaqlarını öyrənmək üçün onlarla müsahibə aparan insanlardı.

Radio prodüsseri

Peşəni anlamayan valideynlərin faizi: 62%

Bu insanlar radiodakı hansısa verliş və ya rubrikanı idarə edərək musiqi siyahısını hazırlayır, lazımi qonaqları dəvət edir və studiyaya zəngləri təşkil edirlər.

Şöbə redaktoru

Peşəni anlamayan valideynlərin faizi: 66%

Bu insanlar, dərc olunmamışdan öncə qəzetlər, jurnallar və veb saytlar üçün mətn materiallarını yoxlayırlar.

Sosial şəbəkələrdə marketinq üzrə menecer

Peşəni anlamayan valideynlərin faizi: 67%

Bu peşənin sahibləri Facebook və Twitter kimi platformalardan auditoriya ilə şirkət adından ünsiyyət qurmaq üçün istifadə edən insanlardır.

Məlumatların yoxlanılması üzrə mütəxəssis

Peşəni anlamayan valideynlərin faizi: 72%

Onlar hansısa şirkətdə yığılmış məlumatları analiz edərək rəhbərliyin daha faydalı qərarı qəbul etməsində yardımçı olurlar.

Sığorta hesablamaları üzrə mütəxəssis

Peşəni anlamayan valideynlərin faizi: 73%

Bu mütəxəssislər statistik məlumatların sayəsində müştərilərin sığorta qiymətini və risklərini müəyyən edirlər.

İstifadəçi interfeysinin developeri

Peşəni anlamayan valideynlərin faizi: 80%

Bu peşənin sahibləri adi istifadəçinin veb saytda qarşılıqlı əlaqədə olduğu elementləri hazırlayır. Məsələn onlayn mağaza saytlarındakı düymələr.