Veb sayt qurarkən hansı qaydalara əməl etməlisiniz

266

Zaman keçdikcə insanların veb saytlara olan ehtiyacı daha da artır. Bu isə inkişaf edən cəmiyyətimizdə istər şirkət, istərsə də şəxsi sahibkarlıqla məşğul olan insanlar üçün vacib xarakter daşıyır. Belə olan halda SEO mövzusunda təhsil və məsləhət xidmətləri artmaqdadır. Bu yazıda veb saytlarınızı axtarış sistemində tez tapılmasına təsir edən amillər haqda söz açacağıq.

1.Veb saytın kod standartları

Veb saytınıza aid kodların doğruluğuna əmin olun. Veb saytınızın təməli düzgün qurulubsa, onda sizin saytınızın daha sürətli və düzgün axtarışı təmin olunacaq. Veb saytınızda yer alan kodların uyğunluğunu yoxlamaq istəsəniz http://validator.w3.org/saytında yoxlaya bilərsiniz.

2.Hədəf təyin edin

Veb saytınızın axtarış zamanı daha tez görünməsi üçün açar sözləri düzgün istifadə etməyiniz vacib şərtdir.Buna görə də mümkün qədər daha çox etiketlərdə çox istifadə olunan axtarış kəlimələrini qeyd edin. Beləki, sizin kimi başqaları açar söz kimi ən çox istifadə olunan sözləri qeyd edir, Bu isə sizin şansınızı bir qədər azaldır. Buna görə də alternetiv variantlar istifadə etməyiniz sizin xeyrinizə olar. Veb sayt analiz edən Google Analytics, Alexa və s. bu işdə sizə kömək ola bilər. Sizin veb saytınız nə qədər etiketlənsə sadalanan saytlarda reytinqiniz daha da arta bilər.

3.Səhifə və başlıqları düzgün təyin edib

Saytınıdakı başlıqlar oxşar olmamalı və düzgün seçilməlidir. Bu istifadəçinin sayta daha çox diqqət yetirməsinə səbəb olacaq.Səhifə bağlantılarına da diqqət etməlidiniz. Burda ən vacib məqam isə veb saytına aid səhifələr mövzu ilə uyğunluq təşkil etməlidir.

4-) Keyfiyyətli dinamik mövzu seçimləri

Veb saytın dinamik olması orda paylaşılan mövzularla düz mütənasiblik təşkil edir. Yəni veb saytınızın məqsədi nədirsə ona aid xəbər və ya məqalə paylaşmaq daha uğurlu addım hesab oluna bilər. Bu halda veb sayt idarəçilərinin üzərinə çox ciddi vəzifə düşür.