main-post-cover

    Vəfat etmiş babasını Google Street View servisi vasitəsilə tapdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Tayvanda yaşayan Jia Jia Wu adlı qız, Google Street View servisinin panoram fotosu sayəsində vəfat etmiş dayısını tapıb.

    Onun babası 78 yaşında ürək tutması səbəbilə dünyasını dəyişmişdi. Qız isə öz bacısı ilə fotolardan ibarət albom hazırlamaq qərarına gəlib. Lakin o fikir verib ki, onun babası ailəvi fotolarda o qədər də çox əks olunmayıb. Beləliklə Jia öz babasının fotolarını internetdə axtarmaqğa başlayıb. Qız, Google Street View servisi vasitəsilə yaşadığı şəhərin küçələrini axtarıb. Sonunda axtarışlar bir nəticə verib. Belə ki, qız öz babasını, servisin panoram fotoların birində tapıb. Tapılmış fotoda onun babası, tünd yaşıl köynəkdə, qutuların boşaldan zaman əks olunmuşdu. Jia Jia Wu, bu hekayəni Facebook-dakı qruplardan birində paylaşıb. Bir neçə gün hekayə Facebook-da 10.000-dən çox bəyənmə yığıb. İstifadəçilər qeyd ediblər ki, sözügedən hekayə onları həqiqətən də kədərləndirib. Fotoda göründüyü kimi qızın babası, tərəvəzlərlə dolu yeşikləri daşıyır. Qız həmçinin qeyd edib ki, öz həyatının son illərində onun babası kimsəsiz itləri yedizdirir və onlara qulluq edirdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər