main-post-cover

    Elm adamlarını şoka salan görünütü: Venera üzərində gəzən buludlar.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    Yapon elm adamlarının xeyli problemlərə baxmayaraq Veneraya yaxınlaşdırdıqları kosmik aparatından gələn ilkin görüntülər dünyanı şoka saldı.


    Yaponiyanın kosmosa göndərdiyi Akatsuki modulu, 5 il günəş ətrafında dövrə vurduqdan sonra Venera'ya yaxınlaşmağı bacarıb. Yaponya kosmik stansiyası JAXA öz növbəsində kosmik moduldan gələn məlumatları bütün dünya ilə paylaşıb. Akatsuki kosmik modulundan gələn görüntülər elm adamları təəccübləndirib. Çünki, Venera ətrafında dövr edən buludlar gözlənilənin əksinə fərqli bir traektoiya ilə hərəkət edirlər. Akatsukidən gələn görüntülərə əsasən Venera'da olan buludlar yay şəkilli dövriyyə əvəzinə səth ilə bərabər zamanda dövr edir. Akatsuki modeli Venera'ya uzaq bir məsasfədə olduğu üçün gələn şəkillər keyfiyyətli deyil. Normalda 80 min km yaxınlaşması planlaşdırılan bu modul Veneranın şəkillərini 370 min km uzaqdan çəkib. Bundan əlavə modulda yerləşdirilən kameralardan biri nəm səbəbilə 1 aylıq sıradan çıxıb. Bütün bunlara baxmayaraq gələcəkdə Akatsuki modulundan daha dəqiq məlumatların əldə olunması gözlənilir. Sözügedən modul 20 May 2010-ci il tarixində  H-IIA 202 raketi ilə kosmosa göndərilib.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər