Vertu, yenə “sadəcə yuxumuzda” görə biləcəyimiz” yeni ağıllı telefonunu təqdim etdi

08.05.2017 0 PAYLAŞIM 6670 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

 

Ağıllı telefon dünyasında şişirdirilmiş material keyfiyyəti və qiyməti ilə tanınan Vertu, yeni Constellation modelini ictimaiyyət ilə paylaşdı.

Vertu markası ilə maraqlanırsınızsa, həddindən artıq bahalımateriallardan hazırlanan, əl işi telefonları haqqında məlumatınız var deməkdir. Əlbəttə çox insanın olduğu kimi uzaqdan məlumatınız var sadəcə. Çünki Vertunun telefon qiymətləri insanın ağlını başından edəcək qədər yüksəkdir. Şirkət Constellation (Azərbaycan dilinə tərcümədə, komanda ulduzu mənasına gəlir) modelini təqdim etdi.

Constellation ilə istifadəçlər, iki SIM kartı tək telefonda istifadə edə biləcək. Cihazın 5.5 inç WQHD AMOLED ekranı safir kristal ekranla örtüləcək. Android 6.0.1 Marshmallow-a dəstək verən telefonda əlavə olaraqda 1.55 mikro pikselə qədər dəstəkləyən 12 MP arxa kameraDolby Digital Plus dəstəkli dinamiklər var.

4 GB RAM, 128 GB daxili yaddaş sahəsi, 3220 mAh batareya vəQualcomm Snapdragon 820 prosessoru, cihazın digər xüsusiyyətləri arasında yer alır. Naqilsiz şarj ilə birlikdə USB –C əlaqə nöqtəsi üzərindən şarj doldurma əməliyyatını edə biləcəkssiniz.

Vertu Constellation, İngiltərə-də, yüzdə yüz əl işi olacaq. Telefon, bərkidilmiş alüminium istehsalı olub , arxa tərəfi isə İtalyan dərisi ilə örtülmüşdür. Telefonun açma bağlama düyməsi isə yaqutdan hazırlanıb.

Telefonun qiyməti hələki açıqlanmasa da, yüksək məbləğlərdən söz edə bilərik. Cihaz nə də olsa milyon dollarlıq yaxta sahiblərinə xitab edir.