Videoblogger GTA V-də adi bombanı Galaxy Note ilə əvəz edib (VİDEO)

288

@HitmanNiko adlı videoblogger GTA V oyunu üçün maraqlı mod hazırlayıb.

GTA V üçün yaratdığı modda videoblogger adi C4 partlayıcısını Samsung Galaxy Note 7 smartfonu ilə əvəz edib. Hazırlanmış modun videosunu blogger öz YouTube kanalında paylaşıb. Videoda oyunun baş qəhrəmanlarından biri olan Maykl silah mağazasına daxil olub partlayan Galaxy Note 7 smartfonlarını alır. Daha sonra o, smartfonları avtomobillərin üzərinə atır və avtomobillər partlayırlar. Qeyd edək ki, "Samsung” şirkəti Avqust ayının sonunda Galaxy Note 7 smartfonlarını partlama təhlükəsi səbəbi ilə geri çaöğırmışdır. Şirkət smartfonlardakı batareyalarda olan problemin olduğunu təsdiq edib onları digər smartfonlarla dəyişdirəcəyini söz vermişdir.