main-post-cover

    Videoları ilə məşhur Tesla sürücüsü Avto-Pilot xətası üzündən həyatını itirdi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     

    Teslanın sürücüsüz avtomobillərini test edən  məşhur video bloqqer  Joshua Brown avto-pilot xətasından qəza nəticəsində həyatını itirdi.

    Elon Musk-un sürücüsüz avtomobilləri qəzalara davam edir. ABŞ-n Beynəlxalq Yol Təhlükəsizliyi idarəsi Tesla Model S-in avto pilotunun ötən gün yeni bir ölümlü qəza törətdiyi açıqlamasını yayıb. Qəzada həyatını itirən isə Tesla ilə maraqlanan və yazılarını hamının oxuduğu bir nəfər  Joshua Brown-dur.

    Joshua Brown kimdir?

    Joshua Brown adlı bu adam Tesla avtomobillərini test etməklə məşhurlaşmışdı. Xəbərlərimizin birində  Joshua Brown-nun Teslanın sürücüsüz avtomobilini test etdiyini və həmin avtomobili necə təriflədiyini paylaşmışdıq. Həqiqətəndə video-dan görə bilərsiniz ki, Tesla Model S hərəkət xəttinə girən kamaza reaksiya verərək dərhal maşını sağa çəkib qəzanı əngəlləmişdi.  Joshua Brown isə bu videonu lentə alaraq Tesla Model S-in avtopilotuna xoş sözlər yağdırmışdı.



    Baş verən qəzanın səbəbi Avto Pilotdurmu?

    Təəsüfki, növbəti test sürüşlərinin birində  Joshua Brown-nun bəxti gətirmədi. Tesla Model S-in avto pilot rejimi işıqlandırmanın çox olması səbəbilə qarşıdan gələn traktoru hiss edə bilmədi və qəza baş verdi. Beləcə videoları ilə məşhurlaşan və tam bir Tesla həvəskarı olan  Joshua Brown talehsiz bir şəkildə öz sevdiyi avtomobildə həyatını itirdi. Qəza 8 may tarixində baş verib.

    Mənbə: webtekno.com

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər