Vine bağlanır!
Sosial Media
07.05.2017
Farid Pardashunas
"Twitter” şirkəti qısa videolar servisi Vine-ı bağlayacağını elan edib.
Servisin komanda heyətinin Medium-dakı blogundakı verdiyi məlumata
əsasən yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək. Nəzərinizə
çatdıraq ki, "Twitter”, Vine servisini 2013-cü ildə işə salmışdır. Hal-hazırda
servisin tətbiqini, veb saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir.
"Technote.az”ın "Vine”a istinadən verdiyi xəbərə əsasən istifadəçilər əvvəlki
kimi servisə daxil olub öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin
videoları izləyə bilmələri üçün Vine-ın veb saytı hələki onlayn şəkildə
qalacaq. Servisin tamamilə bağlanmasından qabaq isə komanda, istifadəçilərə
qabaqcadan xəbər verəcəyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ