Vine yaradıcılarından Hype adlı yeni videoservis

228

Vine videoservisinin yaradıcıları Hype adlı yeni servisini təqdim edib.

2012-ci ildə "Twitter” tərəfindən alınmış Vine videoservisnin bağlanması xəbərindən sonra sözügedən servisin yaradıcıları iOS platforması üçün Hype adlı yeni servisini təqdim ediblər. Hype-ı digər videoservislərdən fərqləndirən əsas cəhət canlı yayım zamanı bir neçə məzmunu paylaşmaq imkanıdır. Məsələn canlı yayım zamanı istifadəçi yayıma daha əvvəl yaradılmış materialları əlavə edə, kommentləri digərləri üçün göstərə, musiqi qoşa və emosiyalar əlavə edə bilər. Əks olunan videonun formasını da istifadəçi özü seçmək hüququna sahibdir. Bu funksiyalara malik olan Hype-ı bir çox müxtəlif tətbiqetmələr üçün istifadə etmək olar. Hype həmçinin keçmiş yayımları təkrar əks etdirmək, FacebookTwitter vasitəsilə avtorizasiya etmək funksiyalarına sahibdir. Sözügedən sosial şəbəkələr vasitəsilə Hype-a daxil olan zaman isə videoservisdəki məzmunları həmin sosial şəbəkələrə yükləmək olar. Tətbiqin yaxın zamanda Android platformasına da gələcəyi qeyd olunub. İstifadəçilər Hype-ın iOS versiyasını burdan yükləyə bilərlər.