main-post-cover

    "Vine", Yoluna kamera tətbiqi olaraq davam edəcək

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Artıq vidası üçün gün sayan Vine, yola fərqli bir tətbiq ilə davam edəcək.

    Bir vaxtlar sosial medianı "partladan” və bir çox insanın məşhur olmasına da yarayan Vine, artıq tarixə qarışacaq. Bir müddət əvvəl tətbiqin sahibi "Twitter”, həm öz platformasındakı zəifləmə həm də şirkət baxımından dəyər itirməsi nəticəsində artıq Vine-ın ayaqda durmasının bir mənası olmadığını ifadə etmiş və tətbiqibağlayacağını elan etmişdi.

    Orjinal tətbiqdə olduğu kimi 6 saniyəlik videolar çəkməyinizə şərait yaradacaq yeni tətbiq, bu videoları Vine-da paylaşmaq yerinə telefonunuza yaddaşa verməyə ya da birbaşa olaraq Twitter-də paylaşmağınıza vasitəçi olacaq. Yəni bir digər deyişlə Vine artıq sistem olaraq Twitter-in tərkibinə daxil olacaq da deyə bilərik.
    Əlavə olaraq Vine-a daha əvvəllər yüklədiyiniz videoları telefonunuzda yaddaşa yazmaq da artıq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər