main-post-cover

    Yaponiyada virtual sevgili təqdim olundu - Azuma Hikari

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yapon texnologiyası hər zaman qəribə yenilikləri ilə diqqət çəkməyi bacarıb. Bundan əlavə Yaponiyada insanların son dövrlər işə daha çox vaxt ayırıb, şəxsi həyatı unudmaqları alimləri bu mövzuda hərəkətə keçməyə məcbur edib. Belə ki, artıq Yaponiyada süni zəkanın son modeli sayılacaq virtual sevgili hər kəsin marağına səbəb olub.
    Anime-nin vətəninin Yaponiya olduğu hər kəsə məlumdur. Məhz belə personajlar yapon gənclərin ən çox sevdiyi xarakterlər hesab olunur. Hətta belə personajlardan birinin yer aldığı konsertdə minlərlə insan tamaşa etmək üçün bilet almışdı.
    Bir Yapon startupı anime fanatlarını və insanların şəxsi həyata vaxt tapa bilmədiyini nəzərə alıb virtual sevgili hazırlayıblar. Bu sevgili sözün əsl mənasında öz sahibinin qeydinə qalır, onu yuxudan oyandırır, ona mesaj yazır, evə nə vaxt gələcəyini öyrənir və s. Gatebox adlı bu məhsul əsas etibarilə bir holoqramdır.
    Virtual sevgili 18 yaşında anime quruluşludur. Animenin danışarkən verdiyi reaksiyalar isə bir çox animasiya xarakterlərinin davranışları ilə çox oxşarlıq təşkil edir.
    Şirkətin bir holoqram içində tanıtdığı Azuma Hikari adlı bu anime 2700 dollara ABŞ və Yaponiyada satışa çıxarılıb. Bu virtual sevgili eyni zamanda evin elektron idarəsini də həyata keçirə bilir.

     
    Anime çox diqqət çəkən olsa da yenə də bizim məsləhətimiz insanlarla əlaqənizi möhkəmləndirməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər