main-post-cover

    "Visa", ödənişləri edə bilən ağıllı gün eynəklərini təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Beynəlxalq ödəniş sistemi olan "Visa", South by Southwest sərgisində ağıllı gün eynəklərini təqdim edib.

    Sözügedən gün eynəkləri vasitəsilə istifadəçilər öz ödənişlərini edə biləcəklər. Kredit kartını əvəz edən eynək, WaveShades adını alıb. Bu eynəklər Avstraliyanın ödəmə sistemi Inamo ilə bir yerdə yaradılmışdır. Eynəklər xüsusi NFC çiplərə sahibdirlər. Bu çiplərdə isə ödəmə məlumatları yerləşir. Hansısa məhsulun ödənişini etmək üçün eynəyi sadəcə olaraq lazımi terminala yaxınlaşdırmaq lazımdır. "Visa"nın verdiyi məlumata əsasən bu texnologiya hal-hazırda vstraliyanın 5 şəhərində test mərhələsindədir. Beləliklə şirkət biləcək ki, bu cür texnologiyaya tələbat var ya yox. Sözügedən eynəklərin iri miqyaslı istehsalatda start götürəcəyi tarix və qiyməti barədə hələki heç bir məlumat yoxdur. "Visa WaveShader vasitəsilə biz avstraliyalılara göstərmək istəyirik ki, innovasiyalı texnologiyalar ilə ödəmə sistemlərində insanların həyatlarını asanlaşdırmaq mümkündür” – deyə "Visa”nın marketinq üzrə vitse-prezidenti Frederique Covington bildirib. Şirkət həmçinin banklar və məşhur brendlər ilə bu texnologiyanın miliyyələşdirilməsi barəsində danışıqlar aparır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər