"Vkontakte"də musiqi dinləmək pullu olacaq

192

 

Sentyabrın 15-dən etibarən Vkontakte yeniliyə imza atıb. Belə ki, bu yeniliyə görə dinlənən musiqiyə görə müəyyən olunmuş tarixə əsasən ödəniş olunmalıdır. Bu yeni siyasət Vkontakte-də nümayiş olunan musiqilərin müəllif hüquqlarını qorumaq üçün nəzərdə tutulub. Rəsmi səhifədə verilən məlumata görə, indiyədək Vkontakte-də yer alan bütün musiqilər silinəcək. Pulsuz olaraq isə yalnız adi audioyazılar saxlanacaq. Bu audioyazılar isə müəllif hüquqları bilinməyən və ya musiqi formatında olmayanlar olacaq. Bu yenilik Vkontakte istifadəçilərinin ürəyincə olmasa da, digər musiqi portallarının da eyni formatda çalışdığını nəzərə alsaq normal yenilik sayıla bilər.