Walt Disney və Twitter əməkdaşlıq edə bilər

153

Son illərdə gedərək daha da genişlənən media və əyləncə nəhəngi "Walt Disney", deyilənlərə görə bu səfər də "Twitter"ə təklif göndərməyə hazırlaşır

"Bloomberg" tərəfindən yayımlanan xəbərə görə dünyaca məşhur "Walt Disney", sosial media nəhəngi Twitter-ı almaq üçün təklif göndərməyə hazırlıq görür.

"Walt Disney", "Twitter"lə media şəbəkəsini genişləndirə bilər

İlk baxışda məntiqsiz səslənsə də əslində bu vəziyyətin reallaşması üçün bəzi səbəblər mövcuddur. İlk növbədə "Twitter" qurucularından olan Cek Dorsi, "Walt Disney" şirkətinin idarə heyətində yer alır. Digər tərəfdən hal-hazırda "Walt Disney" dünyadakı ən böyük media holdinqlərindən biridir. Şirkətin tərkibində ABC, ESPN A&E Network kimi bir çox televiziya kanalı yer almaqdadır.


"Walt Disney" eyni zamanda Hulu-da 30%, Vice Media-da 10% təşkil edir. Dolayısıyla "Twitter"in "Walt Disney" ilə ortaqlığı məntiqlidir. Üstəlik "Walt Disney"in bu satın alınma ilə şirkətin video yayım strategiyasını da inkişaf etdirəcəyi və "Facebook" qarşısına güclü şəkildə çıxacağı düşünülür.

"Twitter" üçün daha əvvəllər də bu fikirlər çıxmışdı

Keçən həftə CNBC-ə danışan bəzi mənbə "Twitter"lə, "Google" və Salesforce.com-un da maraqlandığını bildirmişdi. Günün erkən saatlarında isə söz-söhbətlərin ardından "Twitter" hissələrində artım yaşanarkən, "Walt Disney" cəbhəsində isə tam tərsi baş verdi və hissələrdə eniş oldu.