main-post-cover

    Wayra UK Azərbaycan startaplarına 50 min dollar yatırım edəcək.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi bir hissəsi olan Wayra UK şirkəti ilə birlikdə Azərbaycanın bütün gənc developer və sahibkarları üçün yeni bir imkan haqqında böyük məmnuniyyətlə elan edərək, onları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir.


    Applab layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşısına məqsəd qoyur. Applab və Wayra UK şirkəti informasiya texnologiyaları sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir. Seçilmiş ideyalar/layihələr Applab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaqdır
     
    İdeyalar 13 mart 2016-cı il tarixindən gec olmayaraq applab@bakcell.com ünvanına təqdim olunmalıdır.

    "AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər "Applab” layihəsi çərçivəsində təqdim olunan 150-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.
    "Applab” layihəsinin çərçivələri daxilində və xaricində bu cür yeni və parlaq ideyaların meydana gəlməsini müşahidə etmək olduqca sevindirici haldır. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
     
    Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
     
    2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra "bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənmişdir.

     
    "Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.
     
     
     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər