WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp-a animasiyalı GIF fotoların göndərilməsi və qəbul edilməsi funksiyası əlavə edilib.
GIF fotoların dəstəyi demək olar
ki, bütün messencerlərdə mövcuddur. Lakin bu bazarın lideri olan WhatsApp uzun müddət
yalnız adi fotoları dəstəkləyirdi. WhatsApp-ın iOS və Android versiyaları üçün
GIF formatlı animasiyalı fotoların göndərilməsi və qəbul olunması funksiyası əlavə
olunub. Bununla yanaşı istifadəçilər öz videolarından da GIF animasiyalar yarada
bilərlər. Bu halda video 6 saniyəni keçməməlidir. Bundan əlavə olaraq
iOS istifadəçiləri Live Photos fotolarını GIF formatında göndərmək imkanını əldə
ediblər. Sözügedıən funksiyalarla yenilənmə bitmir. Belə ki, istifadəçilər yeni
GIF animasiyalar siyahısından artıq hazır GIF-ləri də göndərə bilərlər. Hələki
beta versiya formatında olan yeni funksiyalar hamı üçün aktiv olmaya bilər.
Lakin tədricən bütün istifadəçilər yeni funksiyalardan istifadə edə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək