main-post-cover

    WhatsApp-a daha bir maraqlı funksiya gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook-a məxsus olan WhatsApp messengerində yaxın zamanda GIF təsvirləri izləmək mümkün olacaq. GIF təsvirlər bir çox messengerlər tərəfindən dəstəklənir. Lakin bu bazarda lider olan WhatsAppuzun müddət yalnız standart fotolara üstünlük verirdi. GIF ilə olan inteqrasiya messengerin IOS üçün nəzərdə tutulmuş versiyasının sonuncu betasında aşkar edilmişdir. Messengerdə olan hər bir dəyişiklik haqqında məlumat verən WABetaInfo adlı twitter bloqunun məlumatına əsasən messengerin 2.16.7.1 versiyası GIF təsvirləri avtomatik olaraq göstərir və söhbət zamanı dialoqlara həmin GIF təsvirlərin linklərini yerləşdirir. Təbii ki, WhatsApp üçün nəzərdə tutulmuş yeni funksiya Wire və GIPHY messengerlərinin GIF təsvirləri axtarmaq funksiyaları kimi ideal deyil. Lakin əsas müsbət cəhət ondan ibarətdir ki, WhatsApp istifadəçiləri GIF təsvirlərə baxmaq üçün artıq brauzerdən istifadə etməyəcəklər. WABetaInfo-nun qeyd etdiyinə görə həmin GIF təsvirləri adi fotolar kimi smartfonun yaddaşında saxlamaq mümkün olacaq. IOS üçün nəzərdə tutulmuş yeni versiya yaxın zamanda artıq çıxmalıdır. Çox güman ki, IOS-dən sonra GIF funksiyasını messengerin Android versiyası üçün də əlavə edəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər