main-post-cover

    WhatsApp-a videolarla bağlı maraqlı xüsusiyyət əlavə olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp developerləri messencerin qıcıqlandıran xüsusiyyətini aradan qaldırıblar.

    Belə ki, əvvəllər göndərilmiş videonu izləmək üçün ilk öncə videonun yüklənməsini gözləmək lazım gəlirdi. İndi isə onlar messencerə, videoya yüklənmə zamanı baxmaq xüsusiyyətini əlavə ediblər. Bundan sonra yüklənən videoya baxan zaman yüklənmə prosesi fon rejimində davam edəcək. Onu da qeyd edək ki, bir müddət öncə messencerə videozəng funksiyası və iki addımlı təsdiqləmə təhlükəsizlik xüsusiyyəti əlavə edilmişdir. Hal-hazırda yüklənmə zamanı videoya baxmaq xüsusiyyəti yalnız Android istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bu xüsusiyyət iOS istifadəçiləri üçün də aktiv olacaq.
     
    Linki kopyala