main-post-cover

    Whatsapp-a yeni emojilər gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    WhatsApp Android sisteminə yeni xüsusiyyətlər qatmağa davam etdirir. iOS 10 əməliyyat sistemində yer alan emojilər bu dəfə WhatsApp Android sisteminə gəlir. Google Play Store-da 1 milyard endirilmə sayını keçən tətbiqlərdən biri olan WhatsApp, yenilikləri Android platformaya gətirməyə davam edir. Keçdiyimiz günlərdə tətbiq üçün olan yeniləmə ilə birlikdə emojilərin daha böyük görüntüsü təmin edilmişdi. WhatsApp son yenilənməsində istifadəçilərə daha əhatəli emojilər təqdim etməyə hazırlaşır.

    iOS 10 emojiləri WhatsApp-a gəlir

    "Technote.az"ın "Android Police" saytına istinadən verdiyi xəbərə görə Apple-ın iOS 10 versiyasına daxil etdiyi bir çox Emoji artıq WhatsApp-ın beta versiyasında Android sistemində də yer alacaq.

    3D görüntülü emojilər, çox sayda ailə emojisi və müxtəlif idman emojiləri yeniləmə daxilində WhatsApp beta tətbiqinə daxil edildi. Əlavə olaraq real silah emojisinin yerini su tapançası emojisi aldı.

    Yeni emojiləri necə istifadə edə bilərəm?

    WhatsApp Android tətbiqinə daxil edilən yeni emojilərdən bu an üçün yalnız beta proqramını istifadə edən istifadəçilər faydalana biləcək. Yeni emojilərin qısa müddət içərisində bütün Android platformasında istifadəyə təqdim edilməsi gözlənilir. WhatsApp beta proqramına burdan daxil ola bilərsiniz.

    Linki kopyala