WhatsApp "Apple"ı sərt təhqir etdi

1390

Ən məşhur mobil messencer olan WhatsApp-ın kodları arasında "Apple”a qarşı təhqiredici cümlə aşkarlanıb.

"Fuck apple”cümləsini xMarioZ adlı developer aşkar edib. Bu cümləyə tətbiqin Android versiyasında dəfələrlə rast gəlmək olar. Çox güman ki, bu cümlə tətbiq developerləri tərəfindən "Apple”a ismarıc kimi daxil edilib. "Lakin gəlin inanaq ki, şirkətlər arasında münaqişə yoxdur” – deyə "Thenextweb.com” bildirib. Qeyd edək ki, xMarioZ bu cümləni tətbiqin APK faylında aşkar edib. APK fayllar isə Google Play-də olmayan tətbiqləri cihaza yükləmək üçün lazım olur. Bir çox istifadəçilərin fikrincə WhatsApp developerləri beləliklə App Store-da tətbiq yerləşdirmək üçün nəzərdə tutulmuş sərt qaydalara reaksiya bildiriblər. Güman olunur ki, "Apple” tərəfindən yaradılmış sərt qaydalar nəticəsində developerlər tətbiqin kod hissəsində böyük dəyişiklik etməyə məcbur olublar.