main-post-cover

    Whatsapp Beta`ya yeni yazı fontu əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Whatsapp Beta Android və iOS üçün yeni bir xüsusiyyət yayımladı.

    Whatsapp`ın 2.16.179 nömrəli versiyasında Beta istifadəçilərinə FixedSys adlı yeni yazı fontu təqdim olunub. Hal hazırda Android üçün Whatsapp`ın 2.16.133 və iOS üçün 2.16.6 versiyasında da bu fontdan istifadə etmək mümkündür.

    Bu yazı fontunu istifadə edə bilmək üçün mətnin əvvəlinə və sonuna  3 dənə ' işarəsini qoymaq lazımdır. Beləcə mesajınız daha geniş və iri həcmli görünəcək. Whatsapp`da daha əvvəl bold və italic tipli yazı fontları da mövcud idi. Whatsapp`ın bu yeniliklərini hamıdan əvvəl yoxlamaq üçün isə Whatsapp Beta proqramına üzv olmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər