WhatsApp-dan 2 əjdaha yenilik
Sosial Media
07.05.2017
Farid Pardashunas
WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb.
Bundan sonra messencerdəki qrup çatlarında olan
iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real
zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası,
messencerin həm Android, həmdə iOS versiyalarına əlavə olunacaq. Sözügedən
funksiya ilk öncədən deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək
mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və
ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə
ki, istifadəçi, qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən
nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək
xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün
olacaq. Sözügedən funksiyadan başqa həmçinin messencerə, ismarıcların geri
çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya, istifadəçi tərəfindən
oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma, ismarıcı ləğv edir və
ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini
dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs, redaktə edilmə
prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)