main-post-cover

    WhatsApp-dan gözlənilməyən yenilik!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp, yeniliklərini təqdim edib: WhatsApp-da da Snapchat kimi emoji, yazı və boyama seçimləri etmək mümkün olacaq

    Dünyanın ən populyar və ən çox istifadə olunan mesaj platforması WhatsApp, yenilənən xüsusiyyətləri ilə sevənlərini sevindirməyə davam edir. Son olaraq fayl və foto paylaşımlarını göndərmə xüsusiyyətini təqdim edən WhatsApp-ın bu dəfəki yeniliyi kamera ilə əlaqəlidir.

    SnapchatInstagram-ın "Hekayələr” bölümü ilə məhşurluq qazanan fotolara emoji əlavə etmə detallarını indi də WhatsApp-da yer alan yenilikdə görmək mümkün olacaq. Beləki, artıq sizdə WhatsApp vasitəsilə göndərəcəyiniz şəkillərə emosiya, yazı əlavə edə bilər, hətta boyaya bilərsiniz.
    Eyni zamanda video çəkərkən zoom edə bilmə xüsusiyyətini də təqdim edən WhatsApp-ın çatışmayan tərəfləri üzərində işlər davam etdirilir. Son olaraq kamera açıqkən ekrana klik edərək ön və arxa kameraya asanlıqla keçid edə biləcəksiniz.
    Son yenilikləri aşağıdakı fayllardan yükləyə bilərsiniz. Ancaq xatırladaq ki, yeniliklər ancaq Androiddə mövcuddur. iOS üçün hələki, yeniliklər təqdim olunmayıb.

    Android üçün WhatsApp
    iOS üçün WhatsApp

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər