Whatsapp-dan vacib yenilik: Korporativ WhatsApp gəlir!

1193

"WhatsApp”, istifadəçilərinə paylaşacağı yeni xüsusiyyəti ilə birlikdə korporativ firmalara xidmət verməyə başlayacaq. Beləliklə WhatsApp mesajlaşma tətbiqi , "Slack” və "Microsoft Team”-ə rəqib olacaq!

Smartfon istifadəçilərindən hardasa hər dörd nəfərindən üçü bu məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ı aktiv olaraq istifadə edir. WhatsApp rəhbərlərinin aldığı qərar ilə birlikdə şirkət, mesajlaşma tətbiqini müəssisələr üçün də inkişaf etdirir.

Məşhur mesajlaşma tətbiqini korporativləşdirmək istəyən şirkət, WhatsApp-ın yeni xüsusiyyətiylə bərabər Şirkət işcilərinin bir-biriləri ilə daha rahat bir üsulda xəbərləşmələrinə imkan tanıyacaq.

 

WhatsApp, "Slack” və "Microsoft Team”-ə rəqib olur!

WhatsApp, "Enterprise” ilə gələn yeni xüsusiyyətlərlə "Slack” və "Microsoft Team”-ə rəqib olaraq böyük zərbə vurmaq istəyir.

Hələki beta mərhələsində olan bu xüsusiyyətlə WhatsApp, "Slack”"Microsoft Team” tətbiqlərinin diqqət çəkən xüsusiyyətlərini istifadəçilərinə təqdim etməyi hədəfləyir.

 

Beta versiyası ilə birlikdə iş platformasında xüsusi yeniliklər gətirən WhatsApp, şirkət işçilərinin öz aralarında daha rahat və asan bir üsulda əlaqə qurmaları adına əsaslı bir addım atıb. Bu addım "Microsoft Team” və "Slack” tətbiqinə alternativ olacaq.

Yenilik, əvvəlcə "iOS” istiadəçilərinə beta versiyasında təqdim ediləcək, daha sonra isə "Android” istifadəçiləri üçün istifadəyə verilməsi gözlənilir.

Hələlik WhatsApp rəhbərləri tərəfindən rəsmi olaraq bir açıqlama olmasa da yaxın günlərdə lazımlı açıqlama veriləcəyi deyilir.