main-post-cover

    WhatsApp, dəstəyini kəsmək istədiyi bəzi telefonlar üçün vaxtı bir qədər uzatdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS 6 və ondan sonrakı, həmçinin Android 2.2 və ondan əvvəlki, Blackberry OS və Symbian üçün dəstəyini bu il sonuna qədər sonlandıracağını açıqlayan WhatsApp geri addım atdı.

    WhatsApp bir müddət əvvəl adı sadalanan sistemlər üçün dəstəyini kəsəcəyini açıqlamışdı. Ancaq bir çox istifadəçi bu mövzuda etirazını dilə gətirdiyi üçün şirkət geri addım atmağa məcbur oldu.
    Son edilən açıqlamaya görə BlackBerry OS, BlackBerry 10, Nokia, Symbian S40Symbian S60 əməliyyat sistemlərində WhatsApp dəstəyi 2016-cı ilin dekabr ayında deyil, 2017-ci ilin iyun ayında baş tuta bilər. Amma iOS 6 və ondan əvvəlki, o cümlədən Android 2.2 və ondan əvvəlki əməliyyat sistemlərinə sahib cihazlar bu il sonunadək WhatsApp istifadə edə bilməyəcəklər.

    WhatsApp-ın köhnə əməliyyat sistemlərindən dəstəyini kəsəcəyini açıqladığı tarix ilə yeni elan etdiyi tarix arasında o qədər də böyük vaxt aralığı olmasa da istifadəçilər bir müddət daha tətbiqdən yararlana bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər