WhatsApp, ikitərəfli təhlükəsizlik sistemini hamı üçün aktiv etdi
Sosial Media
07.05.2017
Farid Pardashunas
WhatsApp, ikitərəfli təhlükəsizlik sistemini hamı üçün aktiv etdi.
Qeyd edək ki, sözügedən sistemin beta versiyası keçən ilin
Noyabr ayında təqdim olunmuşdu. İkitərəfli təhlükəsizlik sistemi WhatsApp hesabını
daha yaxşı qorumağa imkan verir. Bu funksiyanı aktiv edəndən sonra SIM nömrədən
əlavə, aktivasiya üçün 6 rəqəmli şifrə tələb olunacaq. Bu şifrəni isə istifadəçi
özü yaratmalıdır. Əgər istifadəçi nömrəni digər smartfona taxsa onda növbəti 7
gün ərzində şifrə olmadan WhatsApp üçün həmin nömrəni təsdiq edə bilməyəcək. Bu
cür təhlükəsizlik sistemi WhatsApp istifadəçisinin məlumatlarını qorumaq üçün nəzərdə
tutulduğu bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ