main-post-cover

    WhatsApp-ın gizliliyi təhlükədədir: İngiltərə, WhatsApp-a "qan udduracaq".

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    London hücumundan sonra həyəcan içində olan İngiltərə, istədiyi hər kəsin WhatsApp məlumatlarını əldə etməyin yollarını axtarır. WhatsApp-ın gizliliyi təhlükədədir.

    İngilis qəzeti DailyMail, əldə etdikləri bir ekran görüntüsü ilə keçən həftəyə damğasını vuran London terror hücumunun başrolundakı Khalid Masood-un aktiv bir WhatsApp istifadəçisi olduğunu aşkar etmişdi.
    Bu hadisənin ardındanDaxili İşlər Nazirliyi katibi Amber Rudd, hökumət adına Bazar günü BBC-yə danışaraq krallığın kəşfiyyat agentliklərinin WhatsApp serverlərinə daxil olmaqda tam icazə əldə edə bilməsi üçün çalışacaqlarını açıqladı. Amber Rudd-un bu həftə içindəGoogle, Facebook və Twitterdən nümayəndələrlə görüşəcəyi açıqlandı. Əlavə olaraq Sky News-a danışan Amber Rudd, bu nəhəng şirkətlər ilə əlaqədar, " `Danlanmaqdan` daha çoxunu alacaqlar” deyərək güc nümayişi etdi.

    "Terroristlərin bir-birləriylə danışdıqları bir platformaya girişimizin olmaması çox axmaq bir vəziyyətdir” deyən Rudd, "Bunun üçün onlarla bir razılaşma əldə etmək lazımdır” şərhini etdi.
    WhatsApp-ın isə hökumətlərdən gələn giriş tələblərinə çox çətin təsdiq verdiyi bilinir. Başdan-sona şifrələmə xüsusiyyətini təqdim etdiklərində, Braziliya məhkəməsi, narkotik satışında iştirak etdiyinə inandıqları bir şübhəlinin mesajlarını özləriylə paylaşmağı rədd etdiyi üçün bütün ölkədə WhatsApp-ın 3 gün ərzində girişinə qadağa qoymuşdu.

    WhatsApp hər nə qədər "Başdan-sona şifrələmə sayəsində bizim mühəndislərimiz belə sizin mesajlarınızı görə bilməz” deyərək zəmanət vermiş olsa da, Yanvar ayında ortaya çıxan bir skandalla başdan-sona şifrələmənin deyildiyi kimi işə yaramadığı göstərilmişdi. Krallığın bu skandalda ortaya çıxan təhlükəsizlik açığını istifadə etmək istədiyi və Rudd-un WhatsApp-la razılığa gələcəyi danışılır.
    Texnologiya dünyasından bəzi adlar isə WhatsApp-ın bu istəyə boyun əyməyəcəyini və Rudd-un sözlərinin yalnız İngiltərə xalqını rahatlaşdırmaq üçün bir güc nümayişi olduğunu müdafiə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər