main-post-cover

    WhatsApp-ın məlumatları "Facebook"a göndərməsini necə deaktiv etmək olar?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp, istifadəçilərin şəxsi məlumatlarını "Facebook”a göndərməyə hazırlaşır. Təbii ki, reklam məqsədləri üçün. Lakin bu servislər şəxsi məlumatları necə əldə edirlər və bu funksiyanı necə deaktiv etmək olar?

    25 Avqust tarixində WhatsApp elan etdi ki, messencer istifadəçilərin telefon nömrələrini və digər şəxsi məlumatlarını "Facebook”a göndərəcək. Şirkət, istifadəçiləri əmin edib ki, ismarıclar əvvəlki kimi end-to-end protokolu üzrə şifrələnəcək, istifadəçilərin foto və digər vacib məlumatları "Facebook”a göndərilməyəcək və reklamçılar insanların telefon nömrələrini əldə etməyəcəklər. "Technote.az”ın "Lifehacker.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu üsulla "Facebook” reklam hədəfləməsini yaxşılaşdırmaq üçün daha çox məlumat əldə etmək istəyir. Əgər siz məlumatların "Facebook”un reklam platformasına göndərilməsi ilə razılaşsaz onda yaxın zamanda messencerdə sizə tanış olan şirkətlərin reklamları ilə qarşılaşacaqsınız.
    Telefon nömrələrindən əlavə olaraq WhatsApp aşağıda təqdim olunmuş məlumatları da yığacaq.
    Əməliyyat sisteminin növü
    Ekran ölçüsü
    Rabitə operatoru
    Cihazın identifikatoru
    Tətbiqlərin istifadə olunma tezliyi
    Ölkənin telefon kodu
    Məlumatların göndərilməsini necə deaktiv etmək olar?
    WhatsApp məntiqi olaraq düşündü ki, şəxsi məlumatların paylaşılması ilə bir çox istifadəçi razı olmayacaq. Məhz buna görə bu funksiyanı deaktiv etmək imkanını yaratdı. Əgər siz artıq WhatsApp-da qeydiyyatdan keçmisinizsə onda bu funksiyanı deaktiv etməyin iki yolu var.
    WhatsApp-a daxil olduğunuz zaman ekranda "Conditions and Privacy Policy” bölməsi əks olunacaq. Şərtləri qəbul etməyə tələsməyin və "Read” düyməsinə klikləyin. Səhifənin aşağı hissəsində qəbul etmək düyməsi olacaq. Əgər siz məlumatların paylaşılmasını qəbul etmək istəmirsinizsə ilk öncə həmin düymənin yuxarısındakı kiçik yazının yanındakı "seçim” işarəsini aradan qaldırandan sonra düyməyə klikləyin.
    Yox əgər siz şərtləri artıq qəbul etmisinizsə onda funksiyanı deaktiv etmək üçün sizin 30 gününüz var. Bunun üçün tətbiqdə "Settings” -> "Account” -> "Share my account info” bölməsinə daxil olaraq funksiyanı deaktiv edə bilərsiniz.

     
     
     
     
     
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər