main-post-cover

    WhatsApp, istifadəçilərini razı salacaq yenilənməsini paylaşdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    WhatsApp Status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan WhatsApp-ın Android versiyası üçün bir yenilənmə daha gəldi.

    WhatsApp Android versiyası üçün paylaşılan yenilənmədə gözə çarpan ilk dəyişiklik söhbət ekranında oldu. Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi. Ancaq bu yenilənmə ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə yazışma içinə əlavələr etmək çox daha asan bir hala gəldi.

    Bir digər dəyişiklik isə WhatsApp Status funksiyası ilə silinən yazılı statuslar, bu yenilənmə ilə geri gəldi. Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir status yazıla biləcək ancaq bu status hissəsinin adı "haqqımda” olaraq dəyişdirildi.
     
    Mənbə: SDN
    Linki kopyala